Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, mundialın son 4 günündə klassik güləş üzrə mübarizə baş tutub. 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi millimiz ümumilikdə 107 xal toplayaraq komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.
Beləliklə, komandamız 6 illik fasilədən sonra DÇ-də ilk "3-lük"də yer alıb. Bundan başqa, millimiz tarixdə ilk dəfə DÇ-ni 4 medalla başa vurub.
Qeyd edək ki, Osloda Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıb.