Azərbaycan milli komandasının üzvü Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, seçmə oyunlarına görə çempionatda yaranan fasilədən yararlanan "ağ-yaşıllar" on günlük təlim-məşq toplanışına Superliqa təmsilçisi "Fatih Karagümrük"lə keçirdiyi oyunla yekun vurub.
Azərbaycan millisinin düşərgəsində olan Namik Ələskərovun iştirak etmədiyi görüş "Fatih Karagümrük"ün minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunun taleyini həll edən yeganə qol 64-cü dəqiqəyə təsadüf edib.
Qeyd edək ki, hazırda Serbiyada olan Namik seçmə oyundan sonra, konkret, çərşənbə günü birbaşa Bursaya yollanacaq.
Mirağa