Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiyaya qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın forvardı bu gün təşkil olunmuş mətbuat konfransında qarşıdakı matş barədə fikirlərini bölüşüb:
“Qrupda itirəcək bir şeyimiz yoxdur. Ölkəmiz, ailəmiz, azarkeşlərimiz üçün oynamalıyıq, var gücümüzlə mübarizə aparmalıyıq. Biz bura elə-belə gəlməmişik. Ümid edirəm ki, sabah bizim üçün hər şey yaxşı olacaq. Çalışacağıq öz oyunumuzu oynayaq və qələbə qazanaq”.