DÇ-2022-nin seçmə mərhələsində Niderland Cəbəllütariqə 6:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, görüş Niderland yığmasının hücumçusu Memfis Depay (Memphis Depay) üçün əlamətdar olub.
Oyunda dubl edən futbolçu bir il ərzində millinin heyətində 14 qol vuraraq rekord qırıb.
Daha əvvəl bu rekord 2000-ci ildə yığmanın heyətində 12 qol vuran Patrik Klyuyvertə məxsus idi.
Qeyd edək ki, 8 oyuna 19 xal toplayan Niderland millisi G qrupuna başçılıq edir. Komanda növbəti oyununu noyabrın 13-də Monteneqro yığmasına qarşı keçirəcək.
Emin Şəmsiyev