Oktyabrın 14-dən 18-dək Yunanıstanın Saloniki şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyi keçiriləcək.
Fanat.Az xəbər verir ki, birincilikdə ölkəmizi 12 idmançı təmsil edəcək.
Yeniyetmələrin yarışında Sahib Babayev (53 kq), Əli Hacıyev (58 kq), Rəvan Novruzov (64 kq), Kərəm Babazadə (71 kq), Camal Baqişov (79 kq), Rəsul Aydəmirov (98 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) iştirak edəcəklər.
Gənclərin mübarizəsində isə Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Kamran Qasımov (71 kq), Adil Adilzadə (88 kq), Toğrul Salmanov (+98 kq) uğur qazanmağa çalışacaqlar.