15:08 12.10.2021 841

"Ştuxlik deyirdi ki, səhv edin VAR gəlsin” - Rəhim Həsənov

Vaxtilə Azərbaycanın istedalı hakimlərindən sayılan, zəngin Premyer Liqa təcrübəsi olan, sabiq FİFA referisi Rəhim Həsənov 38 yaşında hakimlikdən getdi.

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik tərəfindən hakimlikdən uzaqlaşdırılanların sırasına düşən Həsənova da digərləri kimi laqeyd münasibət göstərildi. Hər halda hakimlik üçün hələ gənc sayılan yaşda onun sevimli peşəsini istəmədən tərk etməsinə başqa ad vermək mümkün deyil. Elə sabiq hakim də bu addımın səbəbini laqeydlik və ona göstərilən soyuq münasibətdən qaynaqlandığını bildirdi. Maraqlıdır, bəs hazırda Rəhim bəy nə işlə məşğuldur. Yenidən futbola qayıtmaq fikri varmı?

Bu sualları Rəhim Həsənov Qaynarinfo-ya müsahibəsində cavablandırıb:

- Hakimlikdən gedəndən sonra nə işlə məşğul olursunuz?
- Bakıdakı məktəblərdən birində müəllim kimi fəaliyyət göstərirəm. Fiziki tərbiyə fənnindən dərs keçirəm. Hakimlikdən bəzi səbəblərə görə ayrıldım. Artıq AFFA-ya, Hakimlər Komitəsinə heç bir bağlılığım yoxdur. Şükür, durumum normaldır. Əlbəttə, o sahə üçün çox darıxıram. Amma müəyyən səbəblərə görə kənarda qalmışam.

- FİFA referisi, zəngin Premyer Liqa təcrübəsi olan birinin hakimlik üçün hələ gənc sayılan yaşda getməsi təəssüf doğuran məqamdır. Buna küsmək də deyə bilərik?
- Bu haqda açıqlama vermişdim. Müəyyən səbəblər oldu ki, onlara görə ayrıldım. Hiss etdim ki, mənə ehtiyac duymurlar. Ehtiyac olmayan yerdə qalmağın heç bir adı yoxdur. Hiss etdim ki, nə təyinat alıram, nə də hansısa oyunlara gedirəm. Əlbəttə, çox çətindir. İstəməzdim belə olsun. 38 yaşım var, hakimlik etmək istəyirdim. Uşaqlıqdan bu peşənin içindəyəm. Əvvəlcə futbol, sonra hakimlik... Açığı, sonun belə olacağına heç inanmazdım. Təəssüf ki, belə alındı, ayrıldım. Bəlkə də gələcəkdə çalışaram. Ancaq indiki komitə ilə işləmək istəmirəm. Necə ki, onlar laqeyid oldular, eyni addımı mən də atmalı idim. 

- Nə zaman hiss etdiniz ki, artıq sizə ehtiyac duymurlar?
- 8 il beynəlxalq dərəcəli hakim olmuşam. Qarşıma şərt qoydular ki, çıxmalısan. Dedim, gənc hakim yetişdirirsinizsə, ikiəlli razıyam. İstərdim ki, beynəlxalq arenada bizi cavan və perspektivli hakimlər təmsil etsin. Cavanların qarşısını heç vaxt kəsmək olmaz, ələxsus istedadlıdırsa. Talantlı insanlara dayaq olmaq lazımdır. İndi elə bir dövrdür ki, talantından istifadə edənlər irəli gedir, əks halda isə kənarda qalır. Komitə ilə məsləhətləşdim, dedim ki, elə bir şəxs varsa, məni çıxarın, onu gətirin. Onlar da buna ikiəlli razılıq verdilər və məni aradan çıxardılar. Gördüm, mənə qarşı münasibət dəyişib. Qarşıma şərt qoydular ki, ayda cəmi bir oyun verəcəklər. Ayın sonunda 5-10 manat pul almaq üçün belə təklif etdilər. Mən də bunu özümə sığışdırmadım və hakimlikdən ayrılmaq qərarına gəldim. Kiməsə "yamaq” olmaqdansa bu, daha məqsədəuyğundur.

- Bu soyuqluğun səbəbini nədə gördünüz?
- Bilirsiniz, Fritz gələndən sonra bir çox insanlara soyuqluq göstərdi. Bəzi hakimlər var ki, onlar çətinlik çəkirlər. Ad çəkmək istəmirəm, amma bunu görürəm. Çünki futbolun içində olmamağıma baxmayaraq, olanları daim izləyirəm. Onlara qarşı da laqeyd yanaşma var. Bəzi insanlar var ki, buna dözürlər. Mən isə o atmosferdə özümü sərbəst hiss etmədiyim üçün ayrıldım.

- Çox güman, sizinlə eyni nəsildən sayılan hakimlərlə də yolları ayırmaq istəyirlər...
- Hər şey göz qabağındadır. Bəzi təcrübəli hakimlər var ki, demək olar, çempionatda görünmürlər. Özünüz də araşdırsanız, görərsiniz ki, 6 tur keçib, ancaq təcrübəli hakimlərə təyinat verilmir. Hakim də oyuna təyinat almadıqca yaddan çıxır. Siz məni yada saldınız, Allah canınızı sağ eləsin. Amma belə götürəndə, unuduluruq. Fəaliyyətimə lüzum görülmədi. Açığı, heç Fritzlə işləmək istəməzdim.

- Azərbaycanın istedadlı hakimlərindən sayılan birinə qarşı belə münasibət hələ də qaranlıq qalır...
- Məni tərifləyirsiniz, ancaq istedadlı hakim olmamışam. Sıravi bir hakim olmuşam. Amma aramızda istedadlı hakimlər var. Baxmayaraq ki, beynəlxalq dərəcəli deyillər. Beynəlxalq dərəcəli olmamaq, zəif hakim olmaq anlamına gəlmir. Sadəcə, başqa səbəblərə görə beynəlxalq dərəcə ala bilməyiblər. Sözümü ona gətirirəm ki, əlbəttə, adama təsir edir. İstər beynəlxalq arenada, istərsə də Azərbaycan çempionatında təcrübə yığmışam. Çox suallar var, amma bilmirsən hansı cavabları verəsən. 

- AFFA-da başqa iş də təklif etmədilər? Məsələn, hakim-inspektorluq...
- 38 yaşımda hakim-inspektor olmağım nə dərəcədə düzgündür? Hakimliyə lazım deyiləm ki, məni inspektorluğa göndərsinlər? Hakimlikdə daha çox effekt verə bilərəm, yoxsa belə? Heç vaxt oyun davası etməmişəm. Sadəcə, laqeyidlik gördüm. Komitə daxilində ab-hava o qədər korlanıb ki, orada qalmaq istəmədim. Bununla yanaşı, AFFA-nın yaxşı işləri də var. Məsələn, hakimlərlə müqavilə bağlayıblar. Çox ölkədə belə şeylər yoxdur, gözəl addımdır. Bunu alqışlayıram. Əvvəl hakimlər yarıpeşəkar sayılırdılar. İndi müqavilə bağladıqları həmin 10 baş hakim rəsmi şəkildə tam peşəkar hesab olunur. Bu status onlara verilib. Özümə qarşı bəlkə haqsızlıq olub. Amma müqavilənin ortaya çıxması yaxşı addımdır.

- Hakimlikdən getmək qərarı verəndə, AFFA-da sizi fikrinizdən daşındırmaq istəyənlər oldu?
- Xeyr, komitə rəhbəri də heç maraqlanmadı. Ona görə də ayrılmaq qərarına gəldim.
 
- Ştuxlik gələndən sonra hakimlikdə hər hansı inkişaf görmüsünüz?
- İnkişaf üçün zaman lazımdır. İndi hər şeyi neqativə bağlamaq olmaz. Müsbət və mənfi cəhətlər var. Adam var ki, komitədən ayrılandan sonra başlayır ancaq neqativ danışmağa. Müsbət anlar da var. Ən xoşuma gələn hal o oldu ki, hakimlərlə müqavilə bağlandı. Yəni, onların başqa işlərlə deyil, sırf hakimliklə məşğul olması yaxşı yanaşmadır. İnkişaf üçün addımdır. Amma bəzi mənfi məqamlar var. Məsələn, hakimlər oyunlarda hansısa səhvlər buraxanda Ştuxlik deyirdi, yaxşı eləmisiniz. Səhvlər edin ki, VAR gəlsin. Bu, çox düşüncəsiz sözdür. Vallah, anlaya bilmirəm. Sən, səhvə yol verib kiminisə haqqını yeyənlərə deyirsən ki, düz eləmisən, VAR gələcək. Çox gülüncdür. Başqa ölkələrdə kimsə belə desə, heç çantasını yığmağa imkan verməzlər, dərhal qovarlar. 

- O, konkret bu sözləri hakimlərə deyirdi?
- Bəli, əlbəttə ki. Bu, çox pisdir, Azərbaycan futboluna hörməsizlikdir. Bir zamanlar Azərbaycanda futbolun səviyyəsi daha yaxşı idi, indi düşüb. O demək deyil ki, hansısa komandaya qarşı edilən səhvdən sonra belə söz işlətməliyik. Bəlkə də sən daxilində o kəlmələri düşünə bilərsən. Amma bu o demək deyil ki, iclaslarda, hakimlərin qarşısında bunu deyəsən. Bir də ən pis məqam odur ki, Ştuxlik hakimlərə sərbəstlik verir. Mənfi mənada sərbəstlikdən söhbət gedir. Yəni, çıx nə istəyirsən et, cəza verməyəcəyik. Çünki bunlar VAR-ın Azərbaycana gəlməsi üçündür. Sözlərindən belə başa düşülür ki, VAR-ın Azərbaycana gətirilməsi üçün belə səhvlərə bilərəkdən şərait yaradır. Onun fikrincə, ən yaxşı yol budur. Məncə, çox qeyri-peşəkar düşüncədir. Ümumilikdə, hakimlər üçün istənilən şərait qurulub, bunu danmaq olmaz. Elə təkcə müqavilə məsələsi böyük addımdır. Ola bilər, bunu cəmiyyət sadə qəbul etsin. Ancaq doğurdan da yaxşı işdir. Qafqazda hakimlərlə yalnız Azərbaycanda peşəkar müqavilə bağlanıb. MDB-də tək-tük ölkələrdə belə müqavilələr var. Heç Avropanın bir çox ölkəsində yoxdur. 

- Premyer Liqanın cari mövsümündə 6 tur geridə qalsa da, hakimlərdən xeyli şikayətlər var. İndiki hakimliyin durumunu necə dəyərləndirirsiniz?
- Gənc hakimlərdir. Açığı, mən onları heç qınamıram. Biz gənc olarkən öz aramızda rəqabət aparırdıq. Kim irəli gedirdisə, təcrübəlilərlə rəqabətə qoşulurdu. İndi təcrübəli hakim olmadığına görə gənclər heç kimdən nəsə götürə bilmir. Onlar baxmalıdırlar, götürməlidirlər. Arada çox böyük uçurum var. Təkcə gənclərlə heç nəyə nail olmaq mümkün deyil. Sintez olmalıdır. Futbol komandasında da belədir. Təkcə gənclərlə döyüşə getmirlər. Gəncləri qınamaq da olmur. Çünki təcrübə yığırlar.

- Belə çıxır ki, Ştuxlik gəncləri "oda” atır...
- Milli çempionatımızdır, 8 komanda var. Olanımız budur, qədrini bilməliyik. Komandaların sayı azalsa, lap biabırçılıq olar. Ona görə də təkcə gənclərlə iş görmək, məncə, düzgün deyil. Bəzi oyunlara mütləq təcrübəli hakim lazımdır. Azərbaycanda Premyer Liqadan yuxarı çempionat yoxdur. Orada idarəçilik edən hakim təcrübəli olmalıdır. Bir də ki, bilik "baqajı” olmalıdır. Sən adamı "çiy-çiy” "odun” içinə ata bilməzsən. Çünki çətinlik çəkirlər. Üstəlik, gənclər görürlər komitədə təcrübəli hakimlərə hörmət edilmir, düşünürlər ki, gələcəkdə onlara da eyni münasibət göstərilə bilər.

- Nə vaxtsa hakimliyə qayıtmağı düşünürsünüz? Həvəsdən düşməmisiniz?
- Çox güman hakimliyə qayıtmayacağam. Çünki bu il demək olar, hakimlik etmədim. Həvəsim heç vaxt ölməz. Bu işə hansısa maddiyyata görə deyil, sırf sevdiyim üçün gəlmişəm. Uşaqlıqdan futbolun içindəyəm, oynamışam. Elə anlarım olub, cəzalanmışam. Cəzalananda da qalırdıq kənarda. Müqaviləmiz olmadığı üçün ac qalırdıq, heç kim qapımızı açmırdı. Faktiki belə idi. Əslində cəza metodu yaxşıdır. Belədə işinə daha məsuliyyətlə yanaşırsan. Amma qayıtmaq məsələsi ilə bağlı suala cavab verə blmirəm. Həyatdır, bəlkə nə vaxtsa qayıdaram, AFFA-ya lazımlı bir şəxs kimi dəvət edərlər. Cavab vermək çətindir.

- Yəqin ki, çox darıxırsınız...
- Əlbəttə, o mətbəx üçün darıxıram. Sizin də qələminizi alsalar, darıxarsınız. Bunu arzulamazdım. Həyat belədir, ən sevdiyin şeyi əlindən alırlarsa, əlbəttə ki, darıxarsan. Sevinirəm ki, heç olmasa gənc hakimlər var, onlara baxırıq. Nəsil yetişir.

- Hələ onları necə yetişdirəcəklərini bilmirik...
- Bu artıq başqa, qlobal məsələdir (gülür)...

- Sabiq hakim yoldaşlarınızla yığışıb ötən günləri xatırlayırsınız? Hakimlikdən ayrıldıqdan sonra əlaqələriniz kəsilməyib ki?
- Yenə də hakimlərlə münasibətimiz qalır. Tez-tez görüşürük, dərdləşirik. Heç kimlə əlaqəm kəsilməyib. Bəzi gənclər var ki, zəng vururlar, oyunlarla bağlı nələrsə soruşurlar. Həmişə açıq münasibətdəyik. Yaş baxımından təcrübəli hakim olduğum üçün gənclər həmişə hörmət edirlər. Ümumiyyətlə, indiki nəsil çox yaxşıdır. Sadəcə, onlarla işləmək, düzgün istiqamət vermək lazımdır. Biz də gənc olanda təcrübəlilərlə əlaqə saxlayırdıq, bəzi şeyləri soruşurduq. Bunlar normal haldır. Həyat davam edir. Atılan addımların mənfi tərəfi varsa, müsbət yanı da olur. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2024
22:00

Bonuççi İtaliya yığmasına qayıdır - Qərar verildi

20:21

"Mançester Yunayted"in əfsanəsi dünyasını dəyişdi - Faciədən xilas olmuşdu

18:38

Türamın yeni klubu bilindi

17:58

Jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək

17:37

"Şerif" - "Zirə" matçının biletləri satışa çıxarıldı

17:18

"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək

16:53

"Everton"dan yeni transfer - RƏSMİ

16:32

AÇ-2024: 1/4 finalın ilk iki görüşü ingilislərə tapşırıldı

16:03

"Belə oynasalar, Niderlandı da məğlub edəcəklər" - Vüqar Nadirov

15:44

"İnter"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

15:26

"Fəxr edirəm ki, türkəm" - Demiral qol sevincindən danışdı

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:51

"Bu qələbə yalnız Türkiyə millisinin yüksək səviyyəli mübarizəsinin nəticəsi deyil"

14:33

"Kəpəz" üç legioneri ilə vidalaşdı

14:15

"Sumqayıt"ın rəqibləri bilindi

13:56

Kuman darmadağını belə şərh etdi

13:38

Kanada millisinin üzvü Fransa nəhənginə keçdi - RƏSMİ

13:20

Stefano Piolinin yeni iş yeri bilindi - SON DURUM

13:01

“Səbail" klubunda yeni müqavilə

12:43

Bunu futbol tarixində bir Merih edə bilib, bir də o

12:24

AÇ-2024-ün finalı ilə bağlı yenilik - İTV-dən açıqlama

12:07

Türkiyə bunu tarixində ilk dəfə bacardı

11:48

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşdı

11:29

Niderland millisinin üzvü İngiltərə nəhənginə keçməyə razılaşdı - SON DURUM

11:10

Dünya çempionu A Seriyasını La Liqaya dəyişməyə can atır

10:33

Avstriyanın baş məşqçisi Mert Günoku əfsanəvi qapıçıya bənzətdi

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

Montella Türkiyənin qələbəsini şərh etdi

09:25

AÇ-2024: Nəticələr və təqvim

09:00

Amerika Kuboku: 1/4 final cütləri bilindi

08:00

"Rumıniya xalqı qürur duymalıdır" - Eduard Yordanesku

02:13

Müdafiəçi dubl etdi, Avstriya - Türkiyə matçının ən yaxşı oyunçusu oldu

01:10

-2024:1/4 finalın bütün cütləri müəyyənləşdi

00:53

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

02 İyul 2024
22:18

Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu açıqlandı

21:38

"Tottenhem" çempionatın ən yaxşı gənc oyunçusunu transfer etdi - RƏSMİ

20:30

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

19:51

"İspaniya indi çox inamlı oynayır, amma..." - Leroy Zane

19:15

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

18:44

Azərbaycanı "Turin Acro Cup” turnirində bu gimnastlar təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X