Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Bazel" ev oyunlarını keçirdiyi stadionun qazonunu yeniləyir.
Fanat.Az xəbər verir ki, İsveçrə təmsilçisi "Sankt-Yakob Park" arenasının ot örtüyünün dəyişdirilməsi prosesini "Omoniya" ilə qrup oyununa qədər başa çatdırmağa çalışır.
İşlərə dünəndən start verilib. Qazonu dəyişdirən şirkət prosesin bu həftə ərzində tamamlanacağına vəd verib.
Qeyd edək ki, "Bazel" - "Omoniya" oyunu oktyabrın 21-də baş tutacaq.
Mirağa