"Qəbələ"nin futbolçusu Omar Hani İordaniya U23 millisinin heyətində Səudiyyə Ərəbistanında keçirilən WAFF turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi "Facebook" səhifəsi yayıb.
Dammam şəhərində keçirilən həlledici görüşdə İordaniya rəqibini 3:1 hesabı ilə məğlub edib.
Omar Hani görüşün ikinci hissəsində meydana daxil olub.