Bu gün AFFA-nın inzibati binasında İntizam Komitsəinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda aşağı yaş qrupları üzrə liqalar və futzal çempionatı görüşlərində baş verən qayda pozuntuları müzakirə olunub.
Komitənin qərarlarını təqdim edirik:
07.10.2021-ci ildə Gənclər Liqasının “Qarabağ” – “Sumqayıt” oyununda “Sumqayıt” komandası əsasnamənin 5.2-ci maddəsinin tələblərini (limit) pozduğu üçün komandaya (0:3) hesablı məğlubiyyət verilir.
10.10.2021-ci ildə U-17 Liqasının “Neftçi” PFK – “Neftçi” İK İB oyununda “Neftçi” PFK komandasının 9 nömrəli futbolçusu Murad Qarayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
10.10.2021-ci ildə U-17 Liqasının “Neftçi” PFK – “Neftçi” İK İB oyununda matçın 77-ci dəqiqəsində “Neftçi” İK İB komandasının baş məşqçisi Ramin Babayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır. (maddə 41.4)
09.10.2021-ci ildə U-17 Liqasının “Turan Tovuz” – “Keşlə” oyununda “Turan Tovuz” komandasının 8 nömrəli futbolçusu Eşqin Əhmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
09.10.2021-ci ildə U-17 Liqasının “İsgəndər Cavadov” BFA – “Sabah” oyununda “İsgəndər Cavadov” BFA komandasının 14 nömrəli futbolçusu Rəmzi Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
03.10.2021-ci ildə U-17 Liqasının “Kəpəz” – “Qəbələ” oyununda matçın 90+5-ci dəqiqəsində “Kəpəz” komandasının 27 nömrəli futbolçusu Nihad Qəribov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. (maddə 41.3)
08.10.2021-ci ildə U-16 Liqasının “Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 17 nömrəli futbolçusu Ayxan Kazımlı qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
08.10.2021-ci ildə U-16 Liqasının “Azəri” TİM (Gəncə) – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 12 nömrəli futbolçusu Murad Ağamalıyev oyunun 13-cü dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
09.10.2021-ci ildə U-15 Liqasının “Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının 15 nömrəli futbolçusu Hüseyn Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
09.10.2021-ci ildə U-15 Liqasının “Zirə” – “Səbail” oyununda matçın 38-ci dəqiqəsində “Səbail” komandasının 20 nömrəli futbolçusu Qədir Zeynalov “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. (maddə 36.1)
09.10.2021-ci ildə Coca-Cola U-13 Liqasının “Şirvan (Şirvan)” – “Şərq-Hacıqabul” oyununda “Şərq-Hacıqabul” komandasının 3 nömrəli futbolçusu Ramin Nəhmədov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
09.10.2021-ci ildə Coca-Cola U-13 Liqasının “Şirvan (Şirvan)” – “Şərq-Hacıqabul” oyununda matçın 53-cü dəqiqəsində “Şərq-Hacıqabul” komandasının baş məşqçisi Şahin Ofçuyev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 61.1)
10.10.2021-ci ildə U-12 Liqasının “Azəri” TİM (Gəncə) – “Gəncə” TİM (Gəncə) oyununda “Azəri” TİM (Gəncə) komandasının baş məşqçisi Elşən Əliyev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 61.1)
08.10.2021-ci ildə futzal Yüksək Liqasının II turunun “Baku Fire” – “Xilə” oyununda “Baku Fire” komandasının 5 nömrəli futzalçısı İbrahim Zeynalov hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
08.10.2021-ci ildə futzal Yüksək Liqasının II turunun “Araz” – “Neftçi” İK oyununda “Araz” komandasının 13 nömrəli futzalçısı Amir Shojaei qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
07.10.2021-ci ildə futzal Birinci Liqasının I turunun “Şuşa” MFC – “Baku Fire-2” oyununda “Şuşa” MFC komandasının 19 nömrəli futzalçısı Taleh Ağayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
07.10.2021-ci ildə futzal Birinci Liqasının I turunun “Şuşa” MFC – “Baku Fire-2” oyununda “Şuşa” MFC komandasının 5 nömrəli futzalçısı Əhməd Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
07.10.2021-ci ildə futzal Birinci Liqasının I turunun “Şuşa” MFC – “Baku Fire-2” oyununda “Baku Fire-2” komandasının 10 nömrəli futzalçısı İmaməli Hüseynov oyunun 8-ci dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
07.10.2021-ci ildə futzal Birinci Liqasının I turunun “Şuşa” MFC – “Baku Fire-2” oyununda “Baku Fire-2” komandasının 11 nömrəli futzalçısı Rəhim Rəhimov oyunun 29-cu dəqiqəsində “sonuncu ümid folu”na görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
10.10.2021-ci ildə futzal İkinci Liqasının I turunun “Zülfüqar” – “Hövsan” oyununda matç bitdikdən sonra “Zülfüqar” komandasının 22 nömrəli futzalçısı Vüsal Məmmədov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır. (maddə 41.3)
10.10.2021-ci ildə futzal İkinci Liqasının I turunun “Zülfüqar” – “Hövsan” oyununda “Zülfüqar” komandasının 10 nömrəli futzalçısı Elmir Adiyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
10.10.2021-ci ildə futzal İkinci Liqasının I turunun “Zülfüqar” – “Hövsan” oyununda “Zülfüqar” komandasının 8 nömrəli futzalçısı Şəhriyar Gülüşov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
10.10.2021-ci ildə futzal İkinci Liqasının I turunun “Zülfüqar” – “Hövsan” oyununda “Zülfüqar” komandasının 7 nömrəli futzalçısı Elmir Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 47.1)
10.10.2021-ci ildə futzal İkinci Liqasının I turunun “Zülfüqar” – “Hövsan” oyununda matç yarımçıq dayandırıldığı üçün “Zülfüqar” komandasına (0:5) hesablı məğlubiyyət verilir.
10.10.2021-ci ildə futzal İkinci Liqasının I turunun “Star Karqo-2” – “Atletiko Baku” oyununda “Atletiko Baku” komandasının baş məşqçisi Zaur Səmədov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. (maddə 61.1)