Millimizin və "Legiya"nın (Polşa) hücumçusu Mahir Emreli komandasına qoşulub.
Fanat.Az "Legia.Net" saytına istinadən xəbər verir ki, bir neçə gün öncə koronavirusa yoluxduğu deyilən, lakin ikinci və üçüncü testinin cavabı neqativ çıxan 24 yaşlı futbolçu artıq komandası ilə birgə məşqə çıxıb.
Xatırladaq ki, "Legiya" növbəti oyununu Ekstraklasa çərçivəsində "Lex Poznan" klubuna qarşı keçirəcək. Emrelinin passivində sarı vərəqə var.
Emin Şəmsiyev