UEFA "Qarabağ" - "Kayrat" matçı ərəfəsində iki rəqib arasındakı əlaqələri araşdırıb.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytında Konfrans Liqasının H qrupundakı Azərbaycan və Qazaxıstan təmsilçiləri barədə maraqlı məlumatlar yerləşdirilib:
* Tərəflərin heyətindəki 2 futbolçu eyni yığmanın üzvüdür. "Qarabağ"dan Marko Veşoviç, "Kayrat"dan Neboyşa Kosoviç Monteneqro millisinin formasını geyinir.
* Qonaq komandanın xorvat futbolçusu Dino Mikanoviç 2013-cü ildə Azərbaycan millsinin legioneri Filip Ozobiçlə birgə "Hayduk"da (Split) top qovub.
* Ağdamlıların qapıçısı Emil Balayev 2019-cu ildə 4 dəfə "Kayrat"a qarşı oynayıb. Həmin vaxt "Tobol"un uğurları üçün çalışan Emil bu oyunların ikisində qol buraxmayıb.
* "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda 2018-ci ildə Qazaxıstan "Astana"sı ilə ölkə çempionu olub. O, "Kayrat"a qarşı bir görüşə çıxıb və 3:2 hesablı qələbəyə sevinib.