11:44 15.10.2021 4504

Bakıda hakim komitə sədrinin üzünə tüpürdü - QALMAQAL

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxliklə futzal hakimi Ramiz Məhərrəmov arasında dava olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, hadisə hakimlərdən test götürülərkən baş verib.

Komitə sədrinin Məhərrəmova yüksək tonla irad bildirməsi onun xoşuna gəlməyib və beləliklə tərəflər arasında gərginlik yaşanıb. Bu zaman hətta hakimin avstriyalının üzünə tüpürdüyü bildirilir.

Xəbəri dəqiqləşdirmək üçün böyük futbolda və futzal çempionatlarında idarəçilik etmiş Ramiz Məhərrəmovla əlaqə saxladıq. Təcrübəli hakim Fanat.Az-a açıqlamasında məlumatı təsdiqlədi: 

"Düz eşitmisiz, aramızda gərginlik yaşandı. Hadisə iki gün əvvəl oldu. Qaçış normativi zamanı az qaçdım. Amma hələ mənim ikinci şansım vardı, ikinci testdə onu yerinə yetirə bilərdim. Acığımdan dedim qaçmıram. Mənimlə yüksək tonla danışmağa başladı. İkiqat cavabını verdim. Xətdə məndən sonrakına, məndən az qaçana sarı vərəqə göstərilməli olduğu halda, mənə xəbərdarlıq etdi. Yanaşma hamıya eyni deyil. İkili münasibət var. Stuxlik gələn gündən mənimlə prinsip aparır. Böyük futbolda, Premyer Liqada hardasa, 130 oyuna ehtiyat hakim getmişəm. Fariz Yusifovun, Vüsal Əliyevin, Əliyar Ağayevin köməkçisi olmuşam. Stuxlik təzə gələndə oyunuma baxmışdı, bəyənmişdi. İmtahanları da vermişdim. Dörd turdan sonra mənə dedi ki "sən 19 yaşlılara kimi oyun idarə edə bilərsən". Səbəbini soruşdum. Deyir "sənin 37 yaşın var". Dedim "məni ərə verirsən? Mənim işimə bax da, yaşımı neynirsən? Hələ 9 il də hakimlik edə bilərəm". 

Böyük futbolda onun əlindən baş götürüb getdim futzala. Orda da mənimlə prinsip aparırdı. Bazardan gələn çempionatda dörd oyun idarə edib, mən birini. Bütün ixtiyar onun əlindədir, kimdən xoşu gəlmirsə, "qələmini qırır". Sonuncu qurbanı Rəhim Həsənov idi. 
Özünə dedim ki "sən düz etmirsən. Bu qədər hakimin gözü qarşısında mənə haqsızlıq edirsən". Söz yox ki, bizim hakimlər səsini çıxaran deyil. Bizdə birlik yoxdur. 20 ildi hakimlikdəyəm, birlik görməmişəm. Ona görə də gələn-gedən təcrübəli hakimləri bir-bir aradan götürür. 

Bundan sonra necə olacaq? Stuxlikə kimsə nəsə deyəndə onu hakimlikdən uzaqlaşdırır, o ki qalıb mənə - aramızda o cür mübahisə yaşandı. Yəqin ki, hər şey bitdi. Departament rəhbəri Cavid Cəlilov da orda idi. Onun vasitəsilə Stuxlikə çatdırdım ki, Allah deyilsən. Ondan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova da şikayət edəcəyəm. 

Bizdən elə normativlər tələb edir ki... 2 il pandemiya olub, nə zal, nə məşq görmüşük. Elə bilir bura Avstriyadır. Onun tələb etdiyi kimi, gündə iki məşq etmək üçün kartof-soğan yeməməlisən, normal vitaminizasiya olmalıdır. Gündə 600-700 qram meyvə yeməyə hamının imkanı yoxdur. Dirəşib ki, mən nə deyirəm, o da olmalıdır. Realıq da var axı. Bundan əvvəl başımızın üstündə Elçin Məmmədov var idi. Onun da "torbasını tikdilər", getdi. Özümüzünkülər "tikdi". Nə isə, sözüm onda deyil, Stuxlik təzə gələndə, elə birinci gün bizimlə ingiliscə danışırdı. Elçin ona dedi ki, biz Azərbaycanda yaşayırıq. Tərcüməçi olmasa, çətinlik yaranacaq. Cavabı nə olsa yaxşıdır? "Mən Azərbaycan dilində danışan deyiləm, siz ingiliscə öyrənin". And olsun rəbbimizə, olanı deyirəm. Nə istəyir, onu da edir. Onun dediyi odur ki, nə deyirəmsə, ikinci söz olmamalıdır. Axı sən camaatın haqqını yeyirsən, necə cavab verməyim?"

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X