Futbol üzrə Azərbaycan I Divizionda IV tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma keçirilib.
Maraqlıdır ki, bu görüşlərdə vurulan 7 qoldan 6-sı matçın 80-ci dəqiqəsindən sonraya təsadüf edib.
Bu gün həmçinin, lider dəyişikliyi baş verib. "Keşlə-2" "Qaradağ Lökbatan" üzərində qələbə qazanaraq, zirvəyə yüksəlib.
Qeydə alınan nəticələri təqdim edirik:
15 oktyabr (cümə)
“Qaradağ Lökbatan” – “Keşlə-2” 0:2
Qollar: Emin Quliyev, 85, 90+8.
Qırmızı vərəqə: Davud Mahmudov, 87 ("Qaradağ Lökbatan").
“Sumqayıt-2” – “Kəpəz” 1:2
Qollar: Nəbi Məmmədov, 81 - Emil Qasımov, 11, 90+2.
Qırmızı vərəqə: Rüstəm Hümbətov ("Sumqayıt-2").
“Zaqatala” – “Zirə-2” 2:0
Qollar: Əli Abdullayev, 81, Aleksandr Şemonayev, 90+1.
Qeyd edək ki, turun 3 oyunu dünən baş tutub: “Qarabağ-2” – “Neftçi-2” 0:2 (Xəqani Sadıxov, 30, Nihad Qurbanlı, 74), “Sabah-2” – “Səbail-2” 1:0 (Kamran Quliyev, 41), “Qəbələ-2” – “Turan Tovuz” 1:2 (Mehrac Baxşalı, 87 - Elçin Qasımov, 45+3, Sadiq Şəfiyev, 84).