"Çelsi"nin ulduzu David Luizin Konfederasiyalar Kubokunda Braziliya-Meksika matçında burnu qırılıb.
İdman24.az xəbər verir ki, matçın 2-ci hissəsində komanda yoldaşı Thiaqo Silva ilə toqquşaraq üzü üstə düşən stoper ayağa qalxdığında üzü qan içində idi. Meydançadan kənara aparılan futbolçunun burnunun qırıldığı məlum olub.
İdman24.az