UEFA Konfrans Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Kayrat” oyununa maraq böyükdür.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxıstan ilə oyununun dünəndən satışa çıxarılan biletlərindən 5 mini sahibini tapıb.
Biletlərin qiyməti uyğun olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş izləyə biləcək.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır;
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).