"Qarabağ"ın Konfrans Liqasındakı rəqibi "Omoniya" Kipr çempionatında 6-cı turun oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Nikosiya təmsilçisi “Apollon”u qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
6 tura 7 xal toplayan “Omoniya” 12 kollektiv arasında 7-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda bir oyunu var.
“Qarabağ” “Omoniya”nı səfərdə 4:1 hesabı ilə üstələyib. Tərəflərin ikinci oyunu noyabrın 25-də Bakıda baş tutacaq.
Nihat