"Zirə"nin müdafiəçi Sərtan Taşkının azərbaycanlı xanımla nişanlandığı xəbərini vermişdik.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, futbolçunun nişanlısı Selcan Nəcəfova "CBC Sport" kanalının əməkdaşıdır. Xanım kanalda rejissor olaraq çalışır.
Qeyd edək ki, millimizin üzvü olan Sərtan Taşkın 8 oktyabr 1997-ci il tarixində Bakı şəhərində anadan olub. Onun anası azərbaycanlı, atası türkdür. Taşkın "Keşlə" ("İnter") klubunun yetirməsidir.