FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, təmsilçimizə UEFA Konfrans Liqasının qrup oyunu tapşırılıb.
D qrupu çərçivəsində baş tutacaq “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Oyun oktyabrın 21-də saat 23:00-da Çexiyada keçiriləcək.
Mirağa