8 noyabr – Zəfər Günü ilə bağlı AFFA-nın təşkilatçılığı ilə silsilə tədbirlər keçiriləcək.
Fanat.Az xəbər verir ki, bu barədə assosiasiyanın rəsmi saytı məlumat verib.
Tədbirlər planında “Zəfər liqası”, “Zəfər kuboku” və “Zəfər festivalı”nın təşkil olunması nəzərdə tutulub.
Tədbirlərin tarixləri, iştirakçılar və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək.