Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda daha bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, C qrupunda mübarizə aparan Rusiya "Spartak"ı (Moskva) öz meydanında İngiltərə "Lester"ini qəbul edib.
Bakı vaxtı ilə saat 18:30-da start götürən qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Daka pokerə imza ataraq Rusiya komandasını təkbaşına yenib.
Qeyd edək ki, qrupda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı da mübarizə aparır.
Moskva təmsilçisi iki oyundan sonra 3 xalla ikinci pillədə qərarlaşıb. Britaniyalılar isə 1 xalla İtaliya "Napoli"si ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Qrupa 6 xalla "Legiya" başçılıq edir.
Avropa Liqası, qrup mərhələsi
III tur
20 oktyabr
C qrupu
"Spartak" (Moskva, Rusiya) - "Lester" (İngiltərə) 3:4
Qollar:Sobalyov, 11;86. Larsson, 44. - Daka 45;48;54; 79.
S | Komanda | O | Q | H | M | V | B | F | X | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Legiya | 2 | 2 | 0 | 0 | 2 | 0 | +4 | 6 | |
2 | Lester Siti | 3 | 1 | 1 | 1 | 6 | 6 | 0 | 4 | |
3 | Spartak | 3 | 1 | 0 | 2 | 6 | 7 | -1 | 3 | |
4 | Napoli | 2 | 0 | 1 | 1 | 4 | 5 | -1 | 1 |
1/8 final | Pley-off | Konfrans Liqa/pley-off |
---|