Şahmatçıların müxtəlif yaş qrupları üzrə onlayn Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, 18 yaşlılar arasında mübarizə aparan Azərbaycan təmsilçisi Uğur İlyaslı vaxtından əvvəl çempionluğu təmin edib.
Zəka sahibimiz 8-ci tur çərçivəsində rusiyalı Ruslan Kavyevi yenərək xalını 7,5-ə çatdırıb. Bununla o, son tur öncəsi ən yaxın izləyicisini 1,5 xal qabaqlayır.
16 yaşlı qızların yarışında Ayan Allahverdiyeva 6,5 xalla 1-2-ci yerləri bölüşür. Mələk İsmayıl (18 yaş), Şiroğlan Talıbov (16 yaş), Nərmin Abdinova (14 yaş) öz yaş qruplarında liderdən cəmi 0,5 xal geridədirlər.
Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir. Son turun qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Sahib Əsədbəyli