20:49 23.10.2021 800

"Yığmadan nə vaxt təklif gəlsə,..." - Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasının VIII turunda "Zirə" səfərdə "Neftçi"nin qonağı olub. 

Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov matçsonrası mətbuat konfransında 1:2 hesabı ilə məğlub olduqları görüşü şərh edib: 

"Yaxşı oyunun şahidi olduq. Meydanda mübarizə var idi. Ehtiyyatsızlıqdan qol buraxdıq. Müdafiədə bəzi futbolçularımız yoruldu. Amma yaxşı hücumlarımız oldu. İkinci hissədə isə oyunu bərabərləşdirə bildik. Komandama təşəkkür edirəm. Səfərdə çempiona qarşı bu cür mübarizəyə alqış düşür. Rəqib də qol vurandan sonra tam fərqli oynayır. Hesab 1:1 olarkən böyük qüvvə ilə irəli atıla bilməzdik. Bu, böyük ağılsızlıq olardı. Müdafiədə bəzi futbolçularımız yoruldu. Ona görə də ehtiyatlı oynadıq. Yaxşı hücumlarımız olsa da, sonluğunu gətirə bilmədik.

Coşqun Diniyev aparıcı futbolçulardan biridir, oyunu onun üzərində qururam. Ancaq "Qəbələ" ilə oyundan sonra Hacı və Coşqunda yorğunluq hiss edirdim. Məcburiyyətdən dəyişdim. Rəqibin yarımmüdafiə xəttində sürətli futbolçular var. Bu səbəbdən dəyişikliyə əl atdım. Təmkin Xəlilzadə də yorulmuşdu. Qol epizodunda gecikdi. Ona oyun ərzində çox güc düşdü. Kritik həmlələri də oldu. Əlimizdən gələni etsək də, xal qazana bilmədik. Mən komandamın bugünkü oyunundan razıyam. Mənim üçün çox önəmlidir ki, komanda inkişaf etsin".

39 yaşlı mütəxəssis adının milli komandanın baş məşqçisi olmaqda hallanmasına da münasibət bildirib: "Kimsə adımı səsləndirib məni yığmanın sükanı arxasına layiq görürsə, sağ olsun. Hansısa klubdan təklif alsam, götür-qoy edərəm. Amma yığmadan nə vaxt təklif gəlsə, düşünmədən qəbul edərəm. 18 yaşımdan millidə oynamışam. Çünki mənim doğma komandamdır. Heç vaxt yığmadan gələn təklifə "yox" demərəm".

Rəşad Sadıqov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin limit məsələsi və klublarda çalışan baş məşqçilərin millini düşünməməsi barədə fikirlərinə də toxunub: "Mən də çox söz deyə bilərəm. Amma nə danışırıqsa, onu əsaslandırmaq lazımdır. Qətiyyən o fikirlərlə razı deyiləm. Bu, tamam başqa mövzudur. Boş-boş şeylərin dalına düşməkdənsə, futbolumuzun xeyrinə olan qərarlar qəbul etməliyik. 2 U-21 limiti kimə lazımdır?".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

18:45

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

17:41

Azərbaycan Dünya Olimpiya Təsnifat turnirinə 9 güləşçi ilə qatılacaq

17:22

"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

17:05

"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:50

Final oyununun hakimləri bilindi

16:36

Dortmund "Borussiya"sı Roysla bağlı qərarını açıqladı

16:27

Rüstəm Məmmədov "Şamaxı"ya məğlubiyyətin səbəblərini dedi

16:01

Ançelotti "Bayern"ə qarşı hansı qapıçını oynadacaq? - Özü dedi

15:41

Güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək

15:29

Klopp Salahın "Liverpul"da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırdı

15:10

"Prezident Kuboku": Azərbaycan beynəlxalq reqatanı 9 medalla başa vurdu

14:55

"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

14:38

“Prezident Kuboku 2024”: Azərbaycandan səkkizinci medal

14:20

Tanınmış idmançılar master-klas keçdilər

14:03

Kişi həndbolçular arasında Azərbaycan çempionatı: 19-cu turun proqramı açıqlandı

13:57

“Prezident Kuboku 2024”: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

13:53

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

13:47

"Turan Tovuz"un legionerinə 4 oyunluq cəza

13:30

"İnanıram ki, 2028-dəki Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək" - Fərid Qayıbov

13:17

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

12:58

Pedri növbəti mövsümə harada başlayacaq?

12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:21

Prezident Kuboku-2024": Reqatada altıncı medal

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

Facebookdan bizi izləməyi unutmayın.
X