"Pekin-2022" Qış Olimpiya və Paralimpiya Oyunlarının medalları təqdim olunub.
Fanat.Az Beynəlxalq Olimpiya Komitəsinin rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, təqdimat Olimpiadanın startına 100 gün qalmış baş tutub.
Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək keçiriləcək. Paralimpiada isə 4-13 martda gerçəkləşəcək.