Latviyanın paytaxtı Riqada "Grand Swiss" şahmat turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün II turun görüşləri keçiriləcək.
Təmsilçilərimizdən Rauf Məmmədov rusiyalı Mixail Antipov ilə, Nicat Abbbasov latviyalı Nikita Meşkovsla qarşılaşacaq. Digər şahmatçılarımız Vasif Durarbəyli və Aydın Süleymanlı isə bir-birilə münasibətləri aydınlaşdıracaq.
Xatırladaq ki, zəkalarımızın hamısı ilk turda görüşlərini məğlub başa vurub.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Ümumi mükafat fondu 550 min ABŞ dolları təşkil edir.
"Grand Swiss"
II tur
Rauf Məmmədov - Mixail Antipov (Rusiya)
Nicat Abbasov - Nikita Meşkovs (Latviya)
Aydın Süleymanlı - Vasif Durarbəyli
Qarşılaşmalar Bakı vaxtı ilə 15:00-da başlayacaq.