Latviyanın paytaxtı Riqada "Grand Swiss" şahmat turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda ikinci turun görüşləri keçirilib.
Azərbaycan şahmatçılarından Nicat Abbasov latviyalı Nikita Meşkovsa, Rauf Məmmədov rusiyalı Mixail Antipova qalib gəlib.
Aydın Süleymanlı və Vasif Durarbəyli arasında baş tutan qarşılaşmadan isə ikinci qalib ayrılıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir. Ümumi mükafat fondu 550 min ABŞ dolları təşkil edir.
"Grand Swiss"
II tur
Rauf Məmmədov - Mixail Antipov (Rusiya) 1:0
Nicat Abbasov - Nikita Meşkovs (Latviya) 1:0
Aydın Süleymanlı - Vasif Durarbəyli 0:1