Çempionlar Liqasında "Araz-Naxçıvan"dan başqa, daha bir komandada da azərbaycanlı futzalçılar çıxış edir.
Fanat.Az xəbər verir ki, söhbət Lənkəran "Alyans"ının üzvləri - kapitan Anar İsayev və hücumçu Oqtay Rüstəmlidən gedir.
Məsələ burasındadır ki, debütantın oyunçuları bir neçə gün əvvəl Moldova təmsilçisi "Dinamo Plus"la anlaşaraq bu komandanın heyətində ÇL-ə yollanıblar. Moldovalılar Bosniya və Hersoqovinada təşkil olunan 8-ci qrupda yerli "Mostar", həmçinin, "Dinamo Kampuksen" (Finlandiya) və "Hovokubo" (Niderland) ilə mübarizə aparır.
Artıq 2 tur geridə qalıb və "Dinamo Plus" hər iki görüşdə uduzaraq növbəti mərhələyə yüksəlmək şansını itirib.
ÇL başa çatdıqdan sonra "Alyans"ın oyunçularının Azərbaycana qayıdacağı və yenidən Yüksək Liqada çıxış edəcəyi gözlənilir.
Mirağa