18:59 30.10.2021 1051

Rəşad Sadıqov: "Qarabağ"- "Neftçi" oyun mənim üçün..."

Azərbaycan Premyre Liqasının IX turunda "Zirə" öz meydanında "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, qalib komandanın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında görüşü dəyərləndirib: 

“Yaxşı, gərgin və maraqlı oyunun şahidi olduq. Matça üstünlüklə başladıq. Daha üstün, dominant futbol oynamağa çalışdıq. Əlimizə düşən fürsətlərdən istifadə elədik, vacib qollar vurduq.

"Keşlə" fasilədən sonra sistem dəyişikliyi etdi, ikinci hissəyə fəal başlayacaqlarını gözləyirdik. Hesabda geridə idilər, hücumda çoxalacaqlarını bilirdik. İlk 10-15 dəqiqə də “Keşlə”nin üstünlüyü şəraitində keçdi. Amma daha sonra yenə öz oyunumuzu göstərdik, fərqi artırıb, oyunu bitirmək istədik. Düzdür, bu dəfə imkanlardan istifadə edə bilmədik. Amma komandamdan razıyam. Yaxşı oyunlarımızdan birini keçirdik. Artıq növbəti tura hazırlaşmalıyıq.

Ərazi üstünlüyü bizdə idi. 90 dəqiqəni eyni tempdə çatdıra bilmərsən. Mən komandanın oyun zamanı tempi yavaş-yavaş artırmasının və ərazi üstünlüyünə yiyələnməsinin tərəfdarıyam. “Neftçi” ilə oyunda hesab 1:1 idi, 1 xal bəlkə də bizim üçün pis deyildi. Ancaq əksinə, sürəti artırmağa çalışdıq. Bu gün də hesaba baxmayaraq, eyni şəkildə oynadıq. “Keşlə”nin nə qədər təhlükəli komanda, güclü futbolçulara malik olduğunu bilirik. Son 4 turda yaxşı çıxış etmişdilər. Ötən turdakı məğlubiyyətə baxmayaraq, qol imkanları var idi. Bu komandaya qarşı geri çəkilib hesabı qorumaq çox təhlükəli olardı. Üstünlüyü inkişaf etdirmək mütləq idi. Düzdür, alınmadı. Amma ən azı düzgün futbol oynadıq, rəqibə ikinci hissənin ortalarından üstün futbol oynamağa, fərqi azaltmağa imkan vermədik”.

39 yaşlı mütəxəssis növbəti turda üz-üzə gələcəkləri “Sabah”da Murad Musayevin baş məşqçi postuna təyin olunmasını rəqib üçün üstünlük hesab edib: “Məşqçi dəyişikliyi hər zaman komandaya əlavə effekt verir. Murad Musayevi yaxşı tanıyıram, təcrübəli məşqçidir. “Krasnodar” klubunun U-19 komandası Çempionlar Liqasında çıxış edəndə belə, bu kollektivin oyununu izləyirdim. Düşünürəm ki, çempionatımıza rəng qatacaq. “Sabah” da yaxşı heyətə malikdir. Əvvəldən necə təhlükəli idisə, bundan sonra da o cür olacaq. Yəqin sabahkı oyuna da baxacağıq ki, baş məşqçi dəyişikliyindən sonra nə qədər dəyişiklik olduğunu görək. Və biz onlara qarşı nələr edə biləcəyik. Bunlar ehtimallardır. Amma heyəti də, məşqçinin oyun planını da oyun saatında dəqiq görəcəyik. Çünki “Sabah”a yeni gəlib. Nələr edəcəyini əvvəlcədən bilmək çox çətindir”.

Rəşad Sadıqov hazırda davam edən “Qarabağ” – “Neftçi” görüşü barədə də fikirlərini bölüşüb: “Məndən soruşsanız, hər tur “Qarabağ” – “Neftçi” matçının olmasını istəyərəm. Hansının heyətində olmağımdan asılı olmayaraq, bu oyun həmişə mənim üçün fərqli ab-hava daşıyıb. Hər iki komanda yaxşı formadadır”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 İyun 2025
00:55

"Real Madrid" azlıqda qalib gəldi

22 İyun 2025
23:00

Burak Yılmız işsiz qaldı

22:21

"Yuventus" Mərakeş təmsilçisinə qalib gəldi

21:53

"Afrikanın ən böyük zibilliklərindən birində böyümüşəm" - Viktor Osimhen

21:10

Azərbaycan badmintonçularından beynəlxalq turnirdə uğurlu çıxış

20:15

Almaniya nəhəngi "Liverpul"un iki vingerini birdən almaq istəyir

19:39

"Komandada həddən çox oyunçu var" - Qvardiola Gündoğandan danışdı

19:00

Ölkə başçısı futbolçu nəvəsindən danışdı

18:23

"Kəpəz"in hazırlıq planı dəqiqləşdi

17:58

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazandılar

17:30

Əfsanəvi döyüşçü karyerasını bitirdi - Bakıda açıqlandı

16:56

"Barselona" Şensnı ilə bağlı qərarını verdi -AÇIQLAMA

16:25

"Aris" növbəti transferini razılaşdırdı

15:53

"Real Madrid" Vinisiusla bağlı qərarını verdi

15:12

Azərbaycan millisi Avropa çempionatına yollandı

14:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:21

Raşford Yamaldan danışdı - "O, normal biri deyil"

13:50

Patrik Andrade "Araz Naxçıvan"da - RƏSMİ

13:30

"Azərbaycan millisi MDB Oyunlarında uğurlu nəticələr qazanacaq" -Aqil Nəbiyev

12:09

Vinisius "Real"la bağlı şəkillərini sildi - Qalmaqal

11:41

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırdı - RƏSMİ

11:20

Günün oyunları bu kanallarda - AFİŞA

10:53

Klublararası dünya çempionatı: 2-ci tura yekun vurulur

10:16

Klopp Virtsin "Liverpul"a keçidini şərh etdi

09:42

Mourinyu ilə Mançinininin İtaliya millisinə təyinatını Buffon əngəlləyib - TƏFƏRRÜAT

09:00

Serxio Ramosun komandası Argentina nəhənginə uduzmadı

01:58

Camal Hill Bakıdakı UFC turnirinin əsas döyüşündə Rountriyə yenildi

01:45

"Bu millətə bağlıyam" - Rafael Fiziyev

01:39

Rafael Fiziyev Bahamondesi məğlub etdi

01:04

Klublararası dünya çempionatı: "Borussiya" da çətinliklə qazandı, "İnter" də

00:51

Tofiq Musayevin UFC-dəki debütü uğursuz alındı

00:24

"Məni burada yenmək istəyən tapança ilə gəlməlidir" - Nazim Sadıxov

21 İyun 2025
23:59

Nazim rəqibini nokautla yendi

22:51

Azərbaycan boksçuları Astanada toplanış keçəcəklər

22:10

Azərbaycan yığması "Airom Cup" turnirində çempion oldu

21:53

Azərbaycan klubunun adı dəyişdirildi

21:22

Azərbaycan seçməsi Avstriyaya uduzdu

20:49

Bakıda UFC turniri start götürdü

20:28

Azərbaycan millisi Moldovanı yendi

19:52

İtaliya nəhəngi İspaniyanın U-21 millisinin futbolçusunu alır

Facebookdan bizi izləməyi unutmayın.
X