00:47 31.10.2021 735

“Neftçi” ilə “Qarabağ”ın dueli iki şirin savaşıdır" - Tahir Gözəl

"Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl evdə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az həmin müsahibəni təqdim edir:

- Komandanızın böyük hesabla qalib gəldiyi matçı necə şərh edərdiniz?
- “Qarabağ”ı təbrik edirəm, çox gözəl, layiqli qələbə qazandıq. Əla oyun alındı. “Neftçi” ilə “Qarabağ”ın dueli mənim üçün iki şirin savaşıdır. Bizim üçün çox önəmli oyun olduğu üçün şəxsən izləmək istədim. Ötən mövsüm onlar şanslı idi, qələbə qazanmışdılar. Buna görə də bugünkü qələbə mənə həzz verdi. Birinci hissədə üstün idik, çox gözəl çıxış etdik. Fasilədən sonra “Neftçi” oyunu ələ almağa çalışdı. “Neftçi”nin bütün komanda ilə hücuma atılması bizə 4-cü qolu vurmaq fürsəti yaratdı. Komandamı təbrik edirəm. Xüsusən də, Konfrans Liqasının qrup mərhələsində “Kayrat”la oyundan öncə bu qələbə bizim üçün çox lazımlı idi.

- Bu qələbə çempionluq yolunda böyük rol oynayacaq, yoxsa mövsümün sonuna hələ çox var?
- Çempionat çox uzun yoldur, marafondur. Öncədən heç vaxt sevinmək olmaz. 1989-cu il heç vaxt yadımdan çıxmır. “Qalatasaray” “Fənərbağça”nı 3:0 hesabı ilə üstələyirdi. İkinci hissədə “Fənərbağça” dörd qol vurub, 4:3 hesablı qələbə qazandı. Futbol belə oyundur. Əlbəttə, həftədə iki oyun keçirmək bizim üçün ağırdır. Şərait də tam ürəkaçan deyil. Çünki bəzi meydançalarımız yaxşı deyil. Məsələn, ötən tur “Səbail”lə səfər oyunu zamanı meydanın durumu bizi çox narahat etdi. Həmçinin “Keşlə”nin meydanında oynayanda futbolçularımızın zədələnməsindən qorxuruq. Çempion olmaq çətin prosesdir. Amma hazırkı vəziyyətimiz yaxşıdır.

- Komandanız noyabrın 4-də “Kayrat”la səfərdə üz-üzə gələcək. Nəhayət, pley-off mərhələsinə vəsiqə qazana biləcəksiniz?
- Qurban Qurbanov bu il çox gözəl komanda yaradıb. Hesab edirəm ki, bu mövsüm maksimum şans əldə etmək imkanımız var. “Qarabağ” bu məsuliyyəti dərk etməlidir. Pley-offun qapılarına gəlmişik. Bu məsuliyyət hissi ilə də Qazaxıstana gedib, oradan qələbə ilə dönmək lazımdır.

- Bu mövsümdəki “Qarabağ”ın əsas gücünü nədə görürsünüz?
- Bilirsiniz, bəzən bir az da bəxt amili rol oynayır. Futbolçuların tempə düşməyindən çox şey asılıdır. Öz yetirmələrimizdən, həmçinin Ramil Şeydayevdən xeyir görürük. Klubların yüksəliş illəri olur. Məncə, buna görə ilk növbədə, baş məşqçimiz Qurban Qurbanovu təbrik etmək lazımdır. “Qarabağ” sistemini təkmilləşdirib, özünü yeniləyən klubdur.

- Necə düşünürsünüz, “Qarabağ” bu mövsüm Konfrans Liqasında hara qədər irəliləyə bilər: Final ola bilərmi?
- Onu baxıb görəcəyik. Niyə də olmasın?! Bir dəfə Ukrayna “Dnepr”i bizim qrupdan çıxıb finala qədər getdi. Niyə “Qarabağ” da getməsin? Biz özümüzə inanırıq. Neçə il əvvəl bir iclasımızda dedik ki, artıq Avropada uğurlu çıxış edək. Məncə, artıq yarımfinal, final oynamaq zamanıdır. Ancaq hər şey üçün müəyyən proses lazımdır.

- Bunun üçün heyətin gücləndirilməsi tələb olunur. Qış fasiləsində bunun üçün hansı addımlar atmağı düşünürsünüz?
- Deyə bilmərəm ki, Qurban Qurbanov da, biz də futbolçu axtarışındayıq. Komanda stabil oynayır və gözəl görünür, eyni tempdə irəliləyir. Amma Qurbanov tərəfindən bir istək olsa, rəhbərlik olaraq cavab verməyə hazırıq.

- İşğaldan azad edilən Ağdamda “İmarət” stadionunun bərpa olunması ilə bağlı hansısa işlər görüləcəkmi?
- Bu, dövlətin işidir. Biz başa düşməliyik ki, “Qarabağ”ın bir sponsoru var – “Azersun”. Bu şirkətdə çalışan 17 min insanın zəhməti ilə klub ayaqda qalır. Doğurdan da, “Qarabağ”ı saxlamaq böyük zəhmətdir. Klubumuzun gəliri çox azdır. UEFA-nın gəliri heç vaxt özünü doğrultmur. Ya gərək böyük hədəflərdən, iddialardan əl çəkək və klubun büdcəsini aşağı salaq, yığılan pulları investisiya edək. Amma “Qarabağ” elə bir səviyyəyə gəlib ki, bu, mümkün deyil. Bu komandanı ikinci dərəcəli klub etmək olmaz. Bu gün hamı bilir ki, “Qarabağ” Avropada uğurlu çıxış edir. Ağdama qayıdış dövlətimizin siyasəti və layihəsidir. Avropada davamlı oynayırıq. Bu gün futbolçularımızı Ağdama köçürtmək imkanı yoxdur. Bu gün orada futbolçu və ailələrinə şərait olmalıdılır. Artıq Qarabağımızı almışıq və hələ orada çox işlər görülməlidir. Bu gün dövlətimizin günüdür. İnşallah, dövlətimiz işlərini tamamladıqdan sonra biz də töhfələrimizi verərik. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X