Azərbaycan karateçisi İrina Zaretska Çexiyanın Plzen şəhərində beynəlxalq turnirinin ikiqat qalibi olub.
Fanat.Az xəbər verir ki, 25 yaşlı Ukrayna əsilli idmançı -68 kq çəki dərəcəsindən əlavə mütləq çəkidə də rəqiblərini məğlub edərək baş mükafatlara sahib çıxıb.
"Qara Qaplan" klubunun üzvü Veronika Qaşnikova isə -47 kq çəki dərəcəsində qızıl medal qazanıb.
Karateçilərimiz beynəlxlaq turnirdə qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi altında iştirak ediblər.
Qeyd edək ki, İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Sahib Əsədbəyli