"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr "Omoniya"sının vitse-prezidenti Dmitris Qriqorisə qarşı sui-qəsdə cəhd olunub.
Fanat.Az xəbər verir ki, hadisə ötən ayın sonlarında baş verib. Naməlum şəxs Qriqorisin evinin girişində benzinlə dolu qabı alışdırıb. Nəticədə güclü partlayış olub və evin hasarına ciddi ziyan dəyib. Klub rəsmisi və ailəsi isə xəsarət almayıb.hücum təşkil edən şəxsin tapılması istiqamətində maraqlı addım atıb.
Klubun rəsmi saytı hadisə ilə bağlı bu gün açıqlama yayıb. Nikosiya təmsilçisi açıqlamada naməlum cinayətkarın həbsinə kömək edəcək şəxsə 100 000 avro mükafat vəd olunduğunu bildirib.
Klub sui-qəsdçi barədə hər hansı məlumata sahib olan şəxslərdən vəkilin elektron ünvanına məktub yazmağı xahiş edib. "Omoniya" məlumatların anonimliyinin qorunacağına təminat verib.
Qeyd edək ki, "Qarabağ" H qrupundakı ikinci oyununu "Omoniya"ya qarşı keçirib. Nikosiyadakı görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında ikinci qarşılaşma noyabrın 25-də Nikosiyada olacaq.