Fransa hökuməti "Latsio" azarkeşlərinin UEFA Avropa Liqası çərçivəsində keçiriləcək "Olimpik Marsel"lə səfər matçını canlı izləməsinə qadağa qoyub.
Fanat.Az xəbər verir ki, Fransanın daxili işlər naziri Jerald Darmanen Roma təmsilçisinin fanatlarının dəfələrlə təkrar olunan faşist lozunqlarına və nasist salamlarına görə "Velodrom" stadionuna buraxılmayacaqlarını bildirib.
A Seriyası təmsilçisi isə bu yasaqla razılaşmadığını bəyan edib. Bəyanatda deyilir:
"Latsio" heç bir əsası olmayan, azarkeşlərinə və klubun özünə yönəlmiş təhqiramiz addımla barışa bilməz. Biz hər zaman stadionda və arenalardan kənarda belə məsələlərə həssas yanaşmışıq".
"Olimpik Marsel" - "Latsio" oyunu noyabrın 4-də keçiriləcək.
Nihat