Madrid "Atletiko"sunun çalışdırıcısı Dieqo Simeone UEFA Çempionlar Liqasında "Liverpul"la sabah keçirəcəkləri oyundan sonra rəqib komandanın baş məşqçisi Yürgen Kloppun əlini sıxmayacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Marca" Simeonenin söylədiklərini belə çatdırıb:
"Oyunlardan sonra əl sıxmağı xoşlamıram. Bilirəm ki, məşqçilərin emosiyaları müxtəlif olur... Hə, İngiltərədə bunu centlmensayağı davranış sayırlar. Ancaq mən belə düşünmürəm. Çünki bu yanaşmada hardasa saxtakarlıq, qeyri-səmimilik var.
Kloppun necə insan olduğunu deyə bilmərəm. Onu tanımıram. Amma əla mütəxəssis olduğuna şübhə etmirəm. Rəqib komandanın oyun üslubu haqda xüsusi fikirlərim yoxdur. Hər zaman futbola öz prinsiplərim çərçivəsindən baxıram. Ümumiyyətlə, rəqib baş məşqçilər arasında isti münasibət ola bilməz".
Nihat