"Bayern Münhen"in hücumçusu Robert Levandovski Çempionlar Liqasında 80-ci dəfə rəqib qapısına yol tapıb.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, polşalı hücumçu bu sayda qol həddinə iki superulduzdan - Lienel Messi və Kriştianu Ronaldudan tez çatıb.
Belə ki, hazırda PSJ-də çıxış edən Messi 80-ci qolu 102-ci, "Mançester Yunayted"də top qovan Ronaldu isə 116-cı oyununda vura bilib.
Qeyd edək ki, ÇL-in 4-cü tutru çərçivəsində keçirilən "Bayern" - "Benfika" matçında (5:2) Levandovski het-trikə imza atıb.
Nihat