Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında final görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb.
19 yaşlı pəhləvanımız rəqibinə 3:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər "klassik"imiz Ülvi Qənizadə isə bürünc medala sahib çıxıb.
72 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada iranlı Amir Abdi ilə üz-üzə gəlib. İlk hissədən sonra 0:6 hesabı ilə geridə olan Qənizadə möhtəşəm geri dönüş edərək yekunda qələbə qazanıb - 12:7.
Beləliklə, yunan-Roma millimiz dünya çempionatını 1 qızıl, 2 bürünc mükafatla başa vurub.
Xatırladaq ki, 55 kq-da mübarizə aparan Nihad Quluzadə noyabrın 2-də komandamızın hesabına bürünc medal yazdırmışdı.