Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Sportinq” - “Beşiktaş” matçından öncə qalmaqal yaşanıb.
Fanat.Az xəbər verir ki, Portuqaliyada keçiriləcək matçdan əvvəl iki komandanın azarkeşləri arasında dava düşüb.
Baş verən qarşıdurma nəticəsində “Beşiktaş”ın üç tərəfdarı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Bu barədə Lissabon polisi məlumat yayıb. Hadisə matçın keçiriləcəyi “Joze Alvalade” stadionunun önündə baş tutub. Davada bütövlükdə 10 “Sportinq”, 16 “Beşiktaş” azarkeşi iştirak edib.
Bu gün keçiriləcək “Sportinq” - “Beşiktaş” matçına saat 00:00-da başlayacaq. Lissabonda təxminən 100 “Beşiktaş” tərəfdarının getdiyi bildirilir.