Azərbaycanın avrokuboklardakı tək təmsilçisi “Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə “Kayrat”la qarşılaşıb.
Qazaxıstan təmsilçisi ilə görüş Almatı şəhərindəki “Ortalık” stadionunda baş keçirilib. Qarşılaşmanı moldovalı referi Dumitri Muntean idarə edib.
Oyun təmsilçimiz "Qarabağ"ın qələbəsi ilə başa çatıb - 2:1.
Qrupun digər matçında “Bazel” qonaq qismində “Omoniya”nı sınağa çəkib. Adalılar 1:1 hesablı heç-heçəyə nail olub.
Beləliklə, Qurban Qurbanovun komandası qrup liderliyinə yüksələrək növbəti mərhələyə vəsiqəni təmin edib.
Avropa Konfrans Liqası
H qrupu
4 noyabr
19:30. Kayrat (Qazaxıstan) – Qarabağ 1:2
Qollar: Xose Kante, 68. - İbrahima Vaci, 57, Abdellah Zubir, 72.
Baş hakim: Dumitru Muntean (Moldova).
Almatı. “Ortalık” stadionu.
S | Komanda | O | Q | H | M | V | B | F | X | |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | QARABAĞ | 4 | 3 | 1 | 0 | 8 | 3 | +5 | 10 | |
2 | Bazel | 4 | 2 | 2 | 0 | 8 | 4 | +4 | 8 | |
3 | Omoniya | 4 | 0 | 2 | 2 | 3 | 8 | -5 | 2 | |
4 | Kayrat | 3 | 0 | 1 | 3 | 4 | 8 | -4 | 1 |
1/8 final | Pley-off |
---|