"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının Çempionlar Liqasının 4-cü turunda Donetsk "Şaxtyor"u üzərində qazandığı qələbəni (2:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Ola bilsin, bir o qədər aqressiv deyildik. Amma hər iki hissəyə yetərincə yaxşı başladıq. Təhlükə yaratmadan oyuna nəzarət edirdik. İlk yarıda onlar topu bizim müdafiənin arxasına göndərməyə çalışdırdılar. Uyğun saydıqları yolla yeganə qollarını da vurdular... Bu üzdən ikinci yarıda daha sıx müdafiə ilə oynamaq qərarına gəldik.
Azarkeşlərin bizdən narazı qalmasının səbəbini anlaya bilmirəm. Hətta deyərdim ki, bizi fitləriylə oyandırmaları yaxşı haldır".
Qeyd edək ki, qrup lideri olan "Real" bu qələbə sayəsində xal hesabını 9-a çatdırıb. 1 xala malik "Şaxtyor" isə sonuncudur.
Nihat