Serbiyanın paytaxtı Belqradda təşkil olunan U-23 dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Fanat.Az xəbər verir ki, mundialda 1 qızıl və 2 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında 6-cı olub. Yarışa yeddi nəfərlik heyətlə qatılan yığmamız 67 xal toplayıb və yeddinci sırada qərarlaşan Ermənistanı 3 xal qabaqlayıb.
İlk yeri 190 xalla Rusiya yığması tutub. İran 2-ci (155 xal), Gürcüstan 3-cü (105 xal) nəticə göstərib.
Qeyd edək ki, ölkəmizə qızıl medalı 67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov qazandırıb. Nihad Quluzadə (55 kq) və Ülvi Qənizadə (72 kq) isə yarışı bürünc mükafatla başa vurublar.
Sahib Əsədbəyli