UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turunda "Mançester Siti" öz meydanında "Brügge"ni 4:1 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransı zamanı suallardan biri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın (Josep Guardiola) xoşuna gəlməyib.
O, müxbirin paralel oyunda PSJ-dən xal alan "Laypsiq"in onlara kömək etməsi ilə bağlı fikrini sarkazmla qarşılayıb:
“Biz bir-birimizə kömək edirik (sarkazm). Bu illər ərzində onu dərk elədik ki, "Mançester Siti"də olanda heç kimin sizə kömək etməyəcək. Nə etmişiksə hər şeyi özümüz etmişik, buna görə də çox xoşbəxtəm. Digər böyük klublara bəzən köməklər olur, amma burda belə deyil. Qalib gəliriksə, özümüz qazanırıq. Burdakı qələbələrin sevinci mənim üçün şübhəsiz ki, daha vacibdir."
Emin Şəmsiyev