22-23 iyun 2013-cü il tarixlərində Azərbaycanda ilk dəfə İdman Dırmanması üzrə Dünya Kuboku yarışı keçiriləcək. Fanat.az xəbər verir ki, yarış açıq havada Dövlət Bayraq Meydanında quraşdırılmış 15 metr hündürlüyündə olan dırmanma divarında baş tutacaq.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçiriləcək yarışda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edəcək.
İdman24.az