Polşa Ekstraklassasında 14-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında “Termalika” ilə 1:1 hesablı bərabərliyə razılaşıb.
Anton oynamayıb. O, sonadək ehtiyatda qalıb.
14 tura 17 xal toplayan “Visla” turnir cədvəlində 18 kollektiv arasında 8-ci pillədə mövqe tutub.
Nihat