Latviyanın paytaxtı Riqada “Grand Swiss” şahmat turniri davam edir.
Fanat.Az xəbər verir ki, yarışda doqquzuncu turun oyunları keçirilib.
Azərbaycan təmsilçilərindən üçü görüşünü "sülh", biri isə məğlubiyyətlə başa vurub.
Aydın Süleymanlı fransalı Jül Mussar, Rauf Məmmədov Çexiya şahmatçısı Tay Dan Van Nquyen, Nicat Abasov latviyalı Arturs Neiksans ilə heç-heçə edib. Vasif Durarbəyli isə rusiyalı Vadim Zvyaqintsevə uduzub.
Doqquz turun nəticəsinə görə, A.Süleymanlı 4 xal toplayıb. R.Məmmədov, N.Abasov və V.Durarbəyli 3,5 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.
Sahib