19:30 07.11.2021 563

"Kimisə oynatmaqla bağlı heç birinə nəsə deməmişəm" - Kamran Quliyev

"Neftçi" futbol klubunun prezidenti Kamran Quliyevin müsahibə verib. Klub başqanı gündəmdə olan bir sıra məsələlərə aydınlıq gətirib.

- “Neftçi” iki oyundur qələbə qazana bilmir. Bu da haqlı olaraq azarkeşlərinizin narazılığı ilə qarşılanır. Hətta artıq baş məşqçi Samir Abasovun istefası belə tələb olunur. Klub rəhbəri olaraq buna münasibətiniz necədir?

- Təbii ki, klub rəhbəri olaraq hər bir “Neftçi” ailəsinin üzvü kimi son nəticələr məni də qane etmir. Xüsusən də, “Zəfər turu”ndakı məğlubiyyətimiz məni çox üzdü. Azarkeşlərimizin etirazlarını anlayışla qarşılayır və onları başa düşürəm. Ancaq hər kəsdən məsələyə bir az daha səbrli yanaşmalarını xahiş edirəm. Bu fikri dəfələrlə səsləndirmişəm, bir daha vurğulayıram ki, “Neftçi” çox ağır klubdur. Burada heç vaxt səhv bağışlanmayıb. Bu da bir çox vaxtlarda klubun ziyanına olub. Samir Abasov ötən mövsüm ağır bir məğlubiyyətdən sonra komandanın sükanı arxasına gətirildi. Heç kəsin gözləmədiyi halda, 8 ildən sonra bizə çempionluq yaşadan komandanın baş məşqçisi kimi bu qələbədə böyük pay sahibidir. Sevindik, şadlandıq, qeyd etdik. Hər şey geridə qaldı. İndi bunun davamını gətirməliyik. Hazırkı ümumi durum bizi narahat edir. Ancaq biz bu vəziyyətdən çıxa biləcək gücdəyik. Oturub səhvlərimizi gözdən keçirməli, bizi düzgün yola yönləndirəcək qərarları qəbul edib, yolumuza davam etməliyik. Klub rəhbərliyi bu gün məşqçilər heyətinə və komandamıza inanır. Onlara indiyə qədər necə dəstək vermişiksə, bu gün də o cür dəstək veririk. Klub prezidenti olaraq indiki durumda baş verə biləcək dəyişikliyin heç də “Neftçi”nin xeyrinə olacağını düşünmürəm. Bu səbəbdən, ailəmizin hər bir üzvünü bir olmağa, sona qədər mübarizəmizdə komandanın yanında olmağa çağırıram.

- Əsas azarkeş qruplanızdan olan “Forza Neftçi” “Keşlə”yə 2:3 hesablı məğlubiyyətdən sonra baş məşqçinizi istefaya səsləyən paylaşım edib. Bunu necə qarşıladınız?

- Bu barədə mənə məlumat verilib. “Forza Neftçi” bizi daim dəstəkləyən, qələbəyə kökləyən azarkeşlərimizin bir yerə toplandığı əsas fanat qrupumuzdur. Üzvlərindən şəxsən tanıdıqlarım var. Hətta imkan düşdükcə görüşür, müzakirələr aparırq, fikirlərini öyrənirəm. Onlar bu klubu əvəzsiz sevən insanlardır. Son turdakı məğlubiyyətin onları necə əsəbləşdirdiyini, üzdüyünü təxmin edirəm. Klub rəhbəri olaraq, bir daha hər kəsi komandanın yanında olmağa səsləyirəm. İndiki vəziyyətdə hər hansı dəyişikliyin “Neftçi”nin xeyrinə olacağına inanmıram. Biz məşqçi və futbolçularımıza dəstək verməliyik. “Forza Neftçi”ni, “Maniya”nı və digər azarkeşlərimizi bir olmağa çağırıram. Biz bundan da pis vəziyyətlərdə olmuşuq, səbr edib, bir olub, çətinliklərdən başıuca çıxmışıq. Ötən mövsüm də inanmayanlar var idi. İçi mən qarışıq hər kəs istefaya səslənilirdi. Sonda o tənqid edənlər, istefaya səsləyən azarkeşlərimiz gəlib məni qucaqlayıb təbrik edirdilər. Birlikdə çempionluğumuzu qeyd edirdik.

- Bu nəticələrə görə baş məşqçidən klub rəhbəri olaraq hesabat tələb etmisiniz?

- “Qarabağ”la oyundan sonra bir dəfə tək, bir dəfə də köməkçiləri ilə birlikdə görüşmüşəm. Ümumi vəziyyəti müzakirə etmişik, iradlarımı çatdırmışam. Bayramdan sonra da mütləq yenidən görüşümüz olacaq, son məğlubiyyətə görə də açıqlama tələb olunacaq. Biz birlikdə bu vəziyyətdən çıxmalıyıq. Başqa yolumuz yoxdur.

- Samir Abasov yayda legionerlərin, indi isə yerli futbolçuların yoxluğundan şikayətlənir. Buna münasibətiniz necədir?

- Çox təəssüf ki, Avropada gözlədiyimiz nəticələri qazana bilmədik. Buna görə çox üzüldük. Hansı ki, şansımız var idi. Ancaq bundan istifadə edə bilmədik. Bu nəticələri təcrübəsizliklə əlaqələndirərdim. Bunu dəfələrlə demişəm, bir daha vurğulamaq istəyirəm ki, klub rəhbərliyi heç bir vaxt heç bir məşqçinin işinə müdaxilə etməyib. Hansısa futbolçunu gətirməklə, heyəti formalaşdırmaqla, kimisə oynatmaqla bağlı heç birinə nəsə deməmişəm, demərəm də. Müşahidə Şurasının üzvləri daxil bizim “Neftçi”də baş məşqçi olanlardan heyətlə bağlı bir tələbimiz olub. İmkan düşdükcə akademiyamızın gənc futbolçularına şans versinlər. Onların yetişməyinə kömək etsinlər, komandaya qazandırsınlar. Başqa heç bir şey. Mövsümün əvvəlindən transfer büdcəsi məlum idi. Ona uyğun da məşqçilərin bəyəndiyi futbolçular heyətə qatılıb. Samir müəllimin mətbuat konfransında dedikləri məni də qane etmədi. Bununla bağlı söhbətimiz olub, iradlarımı bildirmişəm. Bütün bunları ictimailəşdirmək istəmirəm. Problem varsa, yenə də qış transfer pəncərəsində rəhbərlik olaraq bacardığımız qədər köməyimizi göstərəcəyik.

- Söz düşmüşkən, Müşahidə Şurasının üzvünün “Facebook”dakı məlum şərhi ilə bağlı nə deyə bilərsiniz?

- O fikri yazan uşaqlıq dövründən “Neftçi”də azarkeş, daha sonra adi işçi, bu gün isə rəhbər şəxs olaraq komandaya xidmət edən şəxsdir. Onun “Neftçi” sevgisi heç bir müzakirə mövzusu ola bilməz. Bugünkü uğurlarımızın qazanılmasında onun çox böyük xidmətləri var. İnanmıram ki, hansısa azarkeşimiz əsas rəqibimizə bu cür məğlubiyyəti sakit qarşıladı. Özünün də qeyd etdiyi kimi, bu, qeyri-rəsmi, azarkeş olaraq həmin andakı duyğuların təsiri idi.

Mənbə: Report.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

23 İyun 2025
00:55

"Real Madrid" azlıqda qalib gəldi

22 İyun 2025
23:00

Burak Yılmız işsiz qaldı

22:21

"Yuventus" Mərakeş təmsilçisinə qalib gəldi

21:53

"Afrikanın ən böyük zibilliklərindən birində böyümüşəm" - Viktor Osimhen

21:10

Azərbaycan badmintonçularından beynəlxalq turnirdə uğurlu çıxış

20:15

Almaniya nəhəngi "Liverpul"un iki vingerini birdən almaq istəyir

19:39

"Komandada həddən çox oyunçu var" - Qvardiola Gündoğandan danışdı

19:00

Ölkə başçısı futbolçu nəvəsindən danışdı

18:23

"Kəpəz"in hazırlıq planı dəqiqləşdi

17:58

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazandılar

17:30

Əfsanəvi döyüşçü karyerasını bitirdi - Bakıda açıqlandı

16:56

"Barselona" Şensnı ilə bağlı qərarını verdi -AÇIQLAMA

16:25

"Aris" növbəti transferini razılaşdırdı

15:53

"Real Madrid" Vinisiusla bağlı qərarını verdi

15:12

Azərbaycan millisi Avropa çempionatına yollandı

14:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:21

Raşford Yamaldan danışdı - "O, normal biri deyil"

13:50

Patrik Andrade "Araz Naxçıvan"da - RƏSMİ

13:30

"Azərbaycan millisi MDB Oyunlarında uğurlu nəticələr qazanacaq" -Aqil Nəbiyev

12:09

Vinisius "Real"la bağlı şəkillərini sildi - Qalmaqal

11:41

"Araz-Naxçıvan" növbəti transferini reallaşdırdı - RƏSMİ

11:20

Günün oyunları bu kanallarda - AFİŞA

10:53

Klublararası dünya çempionatı: 2-ci tura yekun vurulur

10:16

Klopp Virtsin "Liverpul"a keçidini şərh etdi

09:42

Mourinyu ilə Mançinininin İtaliya millisinə təyinatını Buffon əngəlləyib - TƏFƏRRÜAT

09:00

Serxio Ramosun komandası Argentina nəhənginə uduzmadı

01:58

Camal Hill Bakıdakı UFC turnirinin əsas döyüşündə Rountriyə yenildi

01:45

"Bu millətə bağlıyam" - Rafael Fiziyev

01:39

Rafael Fiziyev Bahamondesi məğlub etdi

01:04

Klublararası dünya çempionatı: "Borussiya" da çətinliklə qazandı, "İnter" də

00:51

Tofiq Musayevin UFC-dəki debütü uğursuz alındı

00:24

"Məni burada yenmək istəyən tapança ilə gəlməlidir" - Nazim Sadıxov

21 İyun 2025
23:59

Nazim rəqibini nokautla yendi

22:51

Azərbaycan boksçuları Astanada toplanış keçəcəklər

22:10

Azərbaycan yığması "Airom Cup" turnirində çempion oldu

21:53

Azərbaycan klubunun adı dəyişdirildi

21:22

Azərbaycan seçməsi Avstriyaya uduzdu

20:49

Bakıda UFC turniri start götürdü

20:28

Azərbaycan millisi Moldovanı yendi

19:52

İtaliya nəhəngi İspaniyanın U-21 millisinin futbolçusunu alır

Facebookdan bizi izləməyi unutmayın.
X