Azərbaycan karateçiləri İstanbulda şotokan karate üzrə XI dünya çempionatında 29 medal qazanıb.
Fanat.Az xəbər verir ki, mükafatlardan 13-ü qızıl, 6-sı gümüş və 10-u bürünc əyarlıdır.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova və Ümumdünya Şotokan Federasiyasının (WSF) Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevə fəxri plaket təqdim edilib.
Karateçilərimiz medallarını Zəfər Gününə həsr edib.