Fransa millsinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə RMC nəşri məlumat yayıb.
Xəbərə görə, 28 yaşlı futbolçu DÇ-2022-nin seçmə oyunlarına hazırlıq zamanı omba sümüyündən xəsarət alıb.
Futbolçu millinin düşərgəsini tərk edərək "Mançester Yunayted"in bazasına geri dönüb.
Qeyd edək ki, həkimlərin dediyinə görə Poqba ən yaxşı halda iki aydan sonra yaşıl meydanlara qayıda biləcək.
Emin