Çin komandasının noyabrın 18-dən 21-dək Bakıda keçiriləcək batut gimnastikası üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, ölkəni mundialda 13 idmançı təmsil edəcək.
Bunlar Tonq Bao, Yunju Cao, Xinyi Fan, Lonqyu He, Yiçenq Hu, Yanfei Huanq, Qianqi Lin, Siaoyin Vanq, Lanqyu Yan, Yanvei Yanq, Veivei Çjan, Sinsin Çjan və Çaoyu Çjoudur.
İlkin qeydiyyat siyahısına əsasən, ümumilikdə 33 ölkə yarışda iştirakını təsdiqləyib.
Qeyd edək ki, dörd gün davam edəcək DÇ-də gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.
Sahib