18:25 10.11.2021 832

"Bəxtim gətirib ki, Azərbaycan dilini bilmirəm" - Canni De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində sabah Bakı Olimpiya Stadionunda Lüksemburqla keçiriləcək oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, 65 yaşlı italiyalı çalışdırıcı çıxışına azərbaycanca "Zəfər bayramınız mübarək" təbriki ilə başlayıb.

- Millinin qrup sonuncusu olacağı dəqiqləşib. Bu mənada sabahkı oyuna futbolçuları motivasiya etmək çətin olmayacaq? 
- Uşaqlar çox istəklidir. Göstərmək istəyirik ki, bizi udmaq, bizə qarşı oynamaq asan deyil. Necə ki, Portuqaliya və Serbiya ilə oyunlarda bunu etmişdik. Amma bunu sabah öz meydanımızda da göstərməliyik. 

- AFFA-nın türkiyəli mütəxəssislərlə danışıq apardığını bilə-bilə komandanı oyuma hazırlamaq çətin deyil?
- Bu baxımdan bəxtim gətirib ki, dili yaxşı bilmirəm, saytları, medianı izləmirəm. Öz işimi maksimum dərəcədə yerinə yetirməyə çalışıram. Heç kim bizim qrupda 1-ci, 2-ci və 3-cü yeri tutacağımızı gözləmirdi. İllüziyalarla yaşamırıq. Cavan oyunçuları inkişaf etdirmək üçün səbir və vaxt tələb olunur.

- Höcət Haqverdinin cəzalı olduğunu nəzərə alsaq, müdafiənin mərkəzi ilə bağlı hansı dəyişiklik planlaşdırırsınız? Mert Çelik və Cəlal Hüseynovdan hansısa birini start heyətində görə bilərik?
- Mertin bir az problemləri var. Çalışacağıq bunu bərpa edək ki, qaydasında olsun. Start heyətində yer almayacaq. Cəlal isə gəncdir, keyfiyyəti var. Çalışacağıq ki, iki oyundan birində ona şans verək.

- Mahir Emrelinin sabah qol həsrətinə son qoymasını gözləmək olar? 
- Mahir üçün sabah vacib odur ki, sakit oyun göstərsin. O, ayaqla da, başla da qol vura bilir. Qol özü gələcək, şanslar olacaq. Lüksemburqla ilk görüşdə də şanslar olmuşdu. Qol barədə düşünməməlidir. Qol özü gələcək.

- Rəqibin baş məşqçisi bildirdi ki, Millətlər Liqasını düşünürlər və sabah heyətdə dəyişikliklər edəcək. Siz heyətdə rotasiya etməyi düşünürsünüzmü?
- Sabah bir az fərqli heyət görəcəyik. Bu bəhanə deyil. Amma bəzi oyunçularımız zədə səbəbindən sabah bizimlə olmayacaq. Lüksemburq yaxşı komandadır, 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Onların heyətində "Borussiya"nın oyunçusu var. Bizim isə cəmi 8 komandamız var. Proqram şəklində layihə hazırlamaq lazımdır. Yavaş-yavaş inkişaf etmək olar.

- Hər açıqlamanızda deyirsiniz ki, bizə vaxt lazımdır. Növbəti dəfə vaxt verilməsi üçün hansı layihələri AFFA-ya təqdim edəcəksiniz? Bunların içində Premyer Liqada komanda sayının artırılması və limit məsələsi olacaq?
- AFFA mənim fikirlərimi təxminən bilir. Hansı oyunçularla oynadığımızı da bilir. Renat Dadaşov 12 ay yox idi, Bədavi Hüseynov uzun müddətdir zədəlidir. Cəmi 40 oyunçu var, onlar arasında seçim edirik. Gənc futbolçular çox olmalıdır. Gələcəkdə millimizdə daha keyfiyyətli oyunçular olması üçün gənclərə üstünlük vermək lazımdır. Həyatda heç nə bir günə həll olunmur. Bunun üçün vaxt lazımdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X