10:47 11.11.2021 742

"Milliyə dəvət etsələr, daha yaxşı nəticə verərəm" - Yunis Hüseynov

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov millimizin qarşıdan gələn oyunları və hazırkı durumu haqda danışıb. Hazırda işsiz olan Yunis bəy karyerasında yenilik olub-olmadığı haqda sualı cavablandırmaqla yanaşı, həm millinin tsikldəki çıxışını qiymətləndirib, həm də De Byazinin gedəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. 

Hüseynovun Qaynarinfo-ya müsahibəsini təqdim edirik:
 
"AFFA-dan 2 ildən çoxdur çıxmışam. Əslində, son vaxtlar AFFA-da işləməyi təklif etmişdilər. Amma həmin iş məni qane etmədi. Məşqçilər Komitəsinin üzvü olmağı təklif etmişdilər, lakin istəmədim”.
 
Hüseynov yığmamızın tsiklini qiymətləndirərkən bunları deyib: 
 
"Sabahkı oyunda millimizə uğurlar arzu edirəm. Hamımız istərdik ki, hər oyunda qələbə qazansınlar. Əfsuslar olsun ki, komanda bu tsikldə özünü yaxşı tərəfdən göstərə bilmədi. Cəmi 1 xal topladıq. İndi "filan  şey çatmadı” deyib, nəyisə bəhanə etməyimiz də düzgün olmaz. Ancaq millinin oyununda ciddi bir irəliləyiş olmadı. Oyun baxımından geri qaldıq. Bəzi oyunlar olurdu ki, komanda bir hissə yaxşı təsir bağışlayırdı. Mənə elə gəlir ki, bu qrupda heç olmasa 7-8 xal toplamaq mümkün idi, onu da edə bilmədik. Həmişə fikirlərimi deyirəm, ola bilər, bəziləri şablon kimi alınar. Şəxsən düşünürəm ki, yerli futbolçularımız nə qədər legioner həyatı yaşasa, həm onlara, həm də millimizə yaxşı təsir edər. Bunu dəfələrlə demişəm. Həmişə deyirik ki, bizdən zəif komandalar var. Ancaq o komandaların futbolçularının əksəriyyəti İngiltərədə, İtaliyada oynayırlar. Fərqlər bundadır. Çempionatımız zəif, rəqabət də az olduğuna görə futbolçularda artım müşahidə edə bilmirik. Bu da birbaşa millinin oyunlarına təsir göstərir”.

Yunis bəy xaricdə oynayan futbolçularımızın çıxışlarına da toxundu: 

"Antonla Mahir Polşanın ən yüksək liqasında oynayırlar. Namiklə Vüsal İsgəndərli isə Türkiyənin birinci liqasındadır. Mənə elə gəlir, onlar az da olsa "artırıblar”. Ancaq 1-2 futbolçu ilə milli olmur axı. Nə qədər yaxşı oynasalar belə, alınmır. Futbol komanda oyunudur, 11 nəfərin hamısı elə əzmkarlıq göstərməlidir ki, nəticə olsun. Bir-iki nəfərin legioner həyatı yaşaması ilə millinin güclənməsi çətindir. Ramil Şeydayev Rusiya çempionatında çıxış etdiyi vaxtlarda, həqiqətən də millidə özünü yaxşı tərəfdən göstərirdi. Gəldi Azərbaycan çempionatına, zəiflədi. Şükürlər olsun ki, "Qarabağ”da oynayır, inkişaf edib və qollarını vurur. Bu ondan irəli gəlir ki, Konfrans Liqasında Şeydayevə şans verilir. Belə oyunlar vasitəsilə futbolçu inkişaf edir. Azərbaycan çempionatında isə maksimum 2-3 rəqabətli oyun keçirə bilər”.

Tsiklin sonunda De Byazinin göndəriləcəyi gözlənilir. Maraqlıdır, onun gedişi çıxış yolu ola bilərmi? 
 
"Həmişə yerli məşqçilərin tərəfdarı olmuşam. Amma mətbuatda oxuyuruq ki, De Byazi bu komandada işləyə-işləyə gedib başqa məşqçilərlə görüş keçirirlər. Bunu düzgün saymıram. Çünki qarşıda millinin oyunları var. Deyə bilmərəm, bəlkə də De Byazi ilə aralarında bununla bağlı danışıqlar olub. Amma komanadada baş məşqçi ola-ola digər məşqçi ilə danışıq aprmağı düzgün saymıram. Tsikl bitəndən sonra bunu etmək olar. De Byazinin gedişindən sonra komandanın düzəlməsi məsələsinə gəlincə, məncə, başqa əcnəbi gətirsələr belə, yenə eyni şeylər olacaq. Hər hansı dəyişiklik görəcəyimizi düşünmürəm. Yəni fərq bundan ibarət olacaq ki, mən yerli məşqçiyəm, o isə əcnəbi. Amma savad, futbol biliyi baxımından heç bir əcnəbi bizdən artıq deyil. İnandırım sizi, azərbaycanlı məşqçilər onlardan geri qalmır. Gələn məşqçi yeni futbolçu olaraq kimi dəvət edəcək ki? Eyni heyət, taktika, sistem olacaq. İtalyan məşqçi müdafiəyə meyilli üsluba üstünlük verirdi. Yeni gələn də 4-3-2-1, yaxud 4-4-2 və sair sistemlərlə oynayacaq. Fərq bundan ibarət olacaq. Əsas oynayanlar isə futbolçulardır. Ən azı milliyə namizəd 70 nəfər futbolçumuz olsa, sizinlə razıyam. Düşünə bilərik ki, hansısa əcnəbi gəlib düzgün seçim edəcək. Ancaq hazırda ümumiləşdirsək, görərik ki, millidə oynayacaq səviyydə vur-tut elə 25 futbolçu var”.

Hüseynov özü də daxil millini yerli məşqçilərin çalışdırması perspektivinə də toxundu. O, milliyə dəvət alacağı halda hansısa yeniliklər edə bilməyin mümkünlüyü haqda suala belə cavab verdi: 

"Yerli məşqçi deyəndə, özümü götürüm. Mən heç olmasa o uşaqların psixologiyasını əcnəbi məşqçidən yaxşı bilirəm. Futbolçulara hansı sözləri demək, necə ruhlandırmaq lazımdır, xarici məşqçilərdən daha yaxşı bilirəm. Baxmayaraq ki, millidə oynayanları ruhandırmağa ehtiyac yoxdur. Bu kimi şeylərdə əlbəttə, üstünlük məndə olar. Məni milli komandaya dəvət etsələr, gələn əcnəbilərdən daha yaxşı nəticə verərəm. Ancaq bilirəm ki, məni milliyə baş məşqçi təyin etməzlər. Amma bu baş versə, sizi əmin edirəm ki,  nəticələrim əcnəbilərdən daha yaxşı olar. Mətbuatda oxuyuram ki, Türkiyədən məşqçilər dəvət edirlər. Amma onu bilirəm ki, kimi gətirsələr də, yenə dəyişən bir şey olmayacaq. Elə yerli məşqçi daha yaxşıdır. Bizim üstünlüyümüz də odur ki, yerli futbolçuları əcnəbi məşqçilərdən daha yaxşı tanıyırıq”.

Yunis bəy yerli məşqçilərə inam olmadığını bildirdi: 

"Yunis Hüseynovu yəqin ki, milliyə baş məşqçi təyin etməzlər. Çünki yerlilərə inanmırlar. Sizə bir söz deyim, o vaxt "Keşlə”yə getməyim ən böyük səhvim oldu. Nə qədər də olmasa, deyirlər ki, Yunis müəllim getdi, "Keşlə”də sonuncu oldu”. Kaş o kluba getməyəydim. Özüm də götür-qoy edirəm. Ən çox işlədiyim komanda "Karvan” olub. Öz qurduğum heyət idi və nəticələr göstərmişəm. Başqa komandalarda isə cəmi 4-5 ay işləmişəm, hansı ki, heç onları özüm yığmamışdım. Yəni, hazır komandalara getmişəm. Bu müddətdə hansı məşqçi gedib nəticə verə bilər?  "Qarabağ” rəhbərliyi futbolu bilən, sevən adamdır. Şans veriblər, Qurban Qurbanov da öz əməyini ortaya qoyub. Hər il çempion olur, Avroliqanın qrup mərhələsində oynayır. Çünki Qurban dəyişikliklər edə-edə öz istədiyi komandanı ortaya qoya bilib. Yəni belə olmalıdır. Yoxsa sən 3-5 aya komanda formalaşdırmağı tələb edirsən, sonra da deyirsən ki, "yaxşı yol”.  Yerli məşqçilərə güvənməmələrinin səbəbini klub rəhbərlərindən soruşmaq lazımdır. Klub rəhbərləri futbolu sevsə, Azərbaycanda da onu inkişaf etdirə bilərlər. Əfsuslar olsun ki, belə deyil. Peşəkarlıq yoxdur. Mən futbolu ona görə sevirəm ki, ömrümü buna həsr etmişəm. 56 yaşım var, 11 yaşımdan futbolun içindəyəm. Mənim kimi oynayıb karyerasını bitirmiş mütəxəssislər var ki, onlar da həyatlarını futbola həsr edib. Hamı futbolun nə olduğunu bilə bilər. Amma bizim kimi incəliklərini anlamazlar. Futbolu sevməyən klub rəhbəri sənə necə qiymət verə bilər ki? Sanki "görək kim çox məşqçi dəyişir” deyə bəhsə giriblər. "Keşlə” 3 il yarım ərzində 7 məşqçi dəyişmişdi”. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X