Sloveniyanın Çatej şəhərində şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyəti müəyyənləşib.
Fanat.Az xəbər verir ki, kişilərdə Şəhriyar Məmmədyarov və Qədir Hüseynov ağ, Rauf Məmmədov və Nicat Abasov qara fiqurlarla oynayacaq. Qadınlarda Günay Məmmədzadə və Xanım Balacayeva görüşlərini ağ, Gülnar Məmmədova və Gövhər Beydullayeva qara fiqurlarla keçirəcək.
Avropa çempionatı, I tur
Kişilər
Azərbaycan - İtaliya
Şəhriyar Məmmədyarov - Daniel Vokaturo
Rauf Məmmədov - Luka Moroni
Qədir Hüseynov - Alessio Valçesi
Nicat Abasov - Françesko Sonis
Qadınlar
Azərbaycan - Türkiyə
Günay Məmmədzadə - Sila Çağlar
Gülnar Məmmədova - Buse Naz Koçyigit
Xanım Balacayeva - Gülenay Aydın
Gövhər Beydullayeva - Çiğdem Onur
Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.