Futbol üzrə Gənclər Liqasının “Neftçi” İK – “Sumqayıt” oyununda kütləvi dava baş verib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının oyununda “Sumqayıt”ın futbolçusu Sədrəddin Hüseynzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən rəqibə yumruq atıb və hakimi təhqir edib.
Matç bitdikdən sonra isə qonaq komandadan Fərdi Abbasov, meydan sahiblərindən Cavanşir Tahirov və Müseyib Beydiyev kütləvi dava-dalaşda iştirak eib.
AFFA İntizam Komitəsi adı çəkilən 4 futbolçunun hər birini 6 oyunluq cəzalandırıb.